00:00:00
Yazar
Admin User
20.01.2026 16:19 76 1 dəq oxuma
Dünya

Tramp Böyük Britaniyanın Dieqo Qarsiya adasını Mavrikiyə təhvil vermək planını sərt tənqid edib

Tramp Böyük Britaniyanın Dieqo Qarsiya adasını Mavrikiyə təhvil vermək planını sərt tənqid edib

O, “Truth Social” platformasında bu addımı “böyük axmaqlıq” adlandıraraq bildirib ki, adada ABŞ və Britaniyanın birgə hərbi bazası yerləşir və bu baza ABŞ üçün strateji əhəmiyyət daşıyır. Trampın fikrincə, belə bir qərar Çin və Rusiya kimi güc siyasəti aparan dövlətlərə üstünlük verə bilər. O, bu məsələni Qrenlandiyanın əldə olunmasının milli təhlükəsizlik baxımından vacibliyi ilə də əlaqələndirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, məsələ burasındadır ki, Tramp administrasiyası əvvəllər Dieqo Qarsiya adasının Mavrikiyə verməsi barədə razılaşmanı dəstəkləyib:

 

"ABŞ-nin Dövlət katibi Marko Rubio ötən ilin may ayında Çaqos razılaşmasını tarixi nailiyyət adlandırıb. Razılaşmaya əsasən adadakı baza 99 illik icarəyə götürüb. Buna baxmayaraq ABŞ adanı milli təhlükəsizlik məsələsi kimi görür və buna görə də Britaniyanın qərarına etiraz edir. Dieqo Qarsiya adasının coğrafi mövqeyinə baxsaq Trampın etirazlarını anlamaq olar. Çünki İran, Yaxın Şərq, Hindistan və Çinə nəzarət üçün bu ada əvəzsiz mövqeyə malikdir. Bu səbəbdən Tramp adanın nəzarətdə saxlanılmasını vacib hesab edir. Adanın Qrenlandiya ilə müqayisə edilməsi də bu səbəbdəndir. Hər ikisi təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər