00:00:00
Yazar
Zəhra Həsənova
28.04.2026 21:31 35 2 dəq oxuma
İqtisadiyyat

"Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk" - Prezident

"Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk" - Prezident

İlham Əliyev bildirib ki, Azərbaycan böyük potensiala malik olan bərpaolunan enerji sektorunun inkişafını fəal şəkildə davam etdirir. O, Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı qeyd edib ki, ölkənin 2032-ci ilə qədər günəş, külək və hidroelektrik mənbələr hesabına 8 qiqavat enerji istehsalı planı artıq imzalanmış müqavilələrə əsaslanır. Dövlət başçısı vurğulayıb ki, bu məqsədə çatmaq üçün genişmiqyaslı sahə işlərinin aparılması və infrastrukturun gücləndirilməsi vacibdir.

 

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, bu, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi baxımından mühüm bir hadisədir:

 

“Sadəcə sual ondan ibarətdir ki, bu təsir nə dərəcədə olacaq? Doğrudanmı iqtisadiyyatımızın modelini dəyişdirəcək, yoxsa yox? Geosiyasi baxımdan isə mən hesab etmirəm ki, bu layihələr həlledici rol oynayır. Neft və qaz ehtiyatlarımız onsuz da tükəndikdən sonra biz daha çox alternativ enerji mənbələrindən asılı olacağıq və bu, bizim üçün zəruri olacaq. Yəni geosiyasi vəziyyətin əsasən bundan asılı olacağını düşünmürəm, amma iqtisadiyyata müsbət təsiri ola bilər. 8 qiqavatlıq hədəfə gəlincə, 2032-ci ilə qədər buna tam çatmaq çətin ola bilər, amma 2030-cu illərdə buna yaxınlaşmaq mümkündür. Amma başqa bir məsələ də var: çəkilən xərclər özünü doğruldacaqmı? Çünki Azərbaycan iqtisadiyyatında korrupsiya və qeyri-şəffaflıqla bağlı problemlər olduğu barədə fikirlər var. Effektiv idarəetmə məsələsi də sual doğurur. Bu baxımdan əsas sual odur ki, bu xərclər nəticə etibarilə özünü doğruldacaqmı, yoxsa bir çox dövlət layihələri kimi yüksək xərcli, amma zəif səmərəli layihələrdən birinə çevriləcək? Əgər belə olarsa, bu strategiya Azərbaycanın ənənəvi enerji iqtisadiyyatını ciddi şəkildə dəyişdirməyə bilər. Çünki əsas gəlir mənbəyimiz yenə də neft olaraq qala bilər”.

 

Fatimə Hüseynli

#prezident #inkişaf #gündəm #bərpaolunan #etdiririk"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər