00:00:00
Yazar
Səadət Əlizadə
29.04.2026 20:17 29 1 dəq oxuma
Sosial

Məktəbdə şagird ciddi bir qayda pozuntusu etsə, bu halda yalnız şagird yoxsa valideyn də məsuliyyət daşıyır?
 

Məktəbdə şagird ciddi bir qayda pozuntusu etsə, bu halda yalnız şagird yoxsa valideyn də məsuliyyət daşıyır?

Məktəbdə şagirdin törətdiyi qayda pozuntularında məsuliyyət əsasən şagirdin üzərinə düşür və ona uyğun intizam tədbirləri tətbiq edilir. Lakin bəzi hallarda valideynin də məsuliyyət daşıması mümkündür.

 

Mövzu ilə bağlı hüquqşünas professor Fərhad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirir ki, valideyn yalnız müəyyən şərtlər daxilində məsuliyyətə cəlb oluna bilər:

 

“Valideyn o halda məsuliyyət daşıyır ki, şagirdin hərəkəti nəticəsində maddi zərər vurulsun və bu, valideynin nəzarət və tərbiyə borcunu yerinə yetirməməsi ilə bağlı olsun. Belə vəziyyətdə dəyən zərərin ödənilməsi valideynin üzərinə düşə bilər. Amma əgər söhbət yalnız intizam qaydasının pozulmasından gedirsə və hər hansı maddi zərər yoxdursa, bu zaman valideyn məsuliyyət daşımır.
Bununla yanaşı, bir istisna da mövcuddur. Əgər şagird məktəbə getmirsə və valideyn bundan xəbərdar olduğu halda tədbir görmürsə, o zaman valideyn inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin əgər valideyn uşağın məktəbə getmədiyini bilmirsə və bu barədə ona məlumat verilməyibsə, bu halda valideynin məsuliyyəti yaranmır.
Beləliklə, qanunvericiliyə görə, şagirdin davranışına görə valideynin məsuliyyəti yalnız konkret hallarda əsasən maddi zərər və ya nəzarətsizlik sübuta yetirildikdə tətbiq olunur”.


Ayşə Müzəfərli

#etsə # #xəbər #azərbaycan #pozuntusu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər