00:00:00
Yazar
Zəri Bayramlı
23.06.2026 21:02 45 1 dəq oxuma
İqtisadiyyat

ADB: Azərbaycan yuxarı orta gəlirli ölkələr arasında maliyyədən ən səmərəli istifadə edən ölkələrdəndir

ADB: Azərbaycan yuxarı orta gəlirli ölkələr arasında maliyyədən ən səmərəli istifadə edən ölkələrdəndir

Azərbaycan Asiya İnkişaf Bankının (ADB) resurslarından səmərəli istifadəyə görə yuxarı orta gəlirli ölkələr arasında ən yüksək nəticə göstərərək, maliyyənin regional inteqrasiya, özəl sektorun inkişafı, iqlim gündəliyi və rəqəmsal transformasiya layihələrində yüksək təmərküzləşməsini nümayiş etdirib.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Asiya İnkişaf Bankı ilə ən azı bir neçə onillik əməkdaşlıq təcrübəsi var. Onun sözlərinə görə, bu əməkdaşlığın uzunmüddətli olması hər iki tərəf üçün səmərəli olmasından irəli gəlir:

 

“Son dövrlərdə Asiya İnkişaf Bankı ilə bir neçə layihə müzakirə olunur və Azərbaycan tərəfi maliyyə resurslarını konkret layihələr üzrə cəlb edir. Bəzi ölkələr ümumi istiqamətlər üzrə kredit alırlar. Məsələn, kənd təsərrüfatının inkişafı kimi geniş sahələr üzrə ayrılan kreditlər onların səmərəliliyini müəyyən qədər azaldır.Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığı isə elə səviyyədədir ki, bankdan konkret layihələrin icrası üçün kredit resurslarına çıxış əldə olunur və ADB bunu yüksək qiymətləndirir. Azərbaycanın potensialı imkan verir ki, Asiya İnkişaf Bankından daha çox kredit cəlb edilsin. Bunun üçün isə konkret layihələrin sayının artırılmasına ehtiyac var.Asiya İnkişaf Bankının bu açıqlaması həm də bir çağırışdır. Yəni konkret və ölçülə bilən layihələr təqdim olunarsa, bank Azərbaycana əlavə kredit resurslarının ayrılması və müxtəlif layihələrin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olacaq”.

 

Günel Əlili

#xəbər #ölkələrdəndir #yeni #baki #səmərəli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər