00:00:00
Yazar
Ayan Sadi
02.11.2026 18:49 35 1 dəq oxuma
Media

BDU-da “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” Respublika elmi-praktik konfransı keçiriləcək

5-6 noyabrda Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” Respublika elmi-praktik konfransı keçiriləcək. Konfransın məqsədi Azərbaycan radiosunun yaranma və inkişaf tarixini, milli-mədəni irsin qorunmasında rolunu, radiojurnalistikanın elmi-nəzəri əsaslarını, eləcə də müasir dövrdə rəqəmsal texnologiyaların radioyayım sahəsinə təsirini elmi və praktiki baxımdan müzakirə etməkdir.

 

Konfransın işi üç bölmə üzrə təşkil olunacaq. “Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş” adlı birinci bölmədə milli radioyayımın formalaşma mərhələləri, tarixi inkişaf yolu, Azərbaycan cəmiyyətinin ictimai-mədəni həyatında rolu və milli yaddaşın qorunmasındakı əhəmiyyəti araşdırılacaq. İkinci bölmə “Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri” mövzusuna həsr olunacaq. Bu bölmədə radiojurnalistikanın nəzəri əsasları, janr xüsusiyyətləri, informasiya istehsalı və yayımı, jurnalistikanın peşə və etik prinsipləri elmi müstəvidə təhlil ediləcək. Konfransın “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də keçiriləcək üçüncü bölməsində isə “Çağdaş radioyayım: rəqəmsal transformasiya, ənənə və müasir çağırışlar” mövzusu üzrə rəqəmsal texnologiyaların radioyayım sahəsinə təsiri, ənənəvi radionun yeni media mühitində inkişaf perspektivləri, müasir auditoriyanın dəyişən tələbləri və radio məzmununun transformasiyası məsələləri müzakirə olunacaq.

 

Qeyd edək ki, konfransa yerli və xarici elm, təhsil müəssisələrindən müəllif materialları Azərbaycan, rus və ingilis dillərində qəbul olunub.

#yaddaşdan #milli #keçiriləcək #gündəm #respublika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər