ABŞ-nin viza məhdudiyyətləri “Kainat Gözəli” müsabiqəsində Afrika təmsilçilərinin iştirakını sual altında qoyub
ABŞ-nin tətbiq etdiyi viza məhdudiyyətləri səbəbindən Zimbabve və Zambiya da daxil olmaqla bir sıra Afrika ölkələrinin təmsilçilərinin 75-ci “Kainat Gözəli” müsabiqəsində iştirakı qeyri-müəyyən vəziyyətə düşüb.
Zimbabveni təmsil etməli olan Rozanna Holl hələ də ABŞ ərazisinə səfər üçün viza ala bilməyib. Zambiya isə eyni səbəbdən nümayəndəsi Pamela Mubanqanı yarışmadan geri çağırıb.
Məhdudiyyətlər 2026-cı il yanvarın 1-dən qüvvəyə minən ABŞ Prezidentinin 10998 saylı bəyannaməsi çərçivəsində tətbiq olunub. Müsabiqənin final mərasiminin noyabrın 24-də Puerto-Rikonun San-Xuan şəhərində keçirilməsi planlaşdırılır.
Digər Afrika ölkələrinin nümayəndələri də oxşar viza çətinlikləri ilə üzləşiblər.
Aişə Mustafayeva