Leklerə görə ferrarinin zəiflikləri ortaya çıxacaq!

Bölmə: İdman › ,
Tarix: 18:46 23.07.2024

Ferrari pilotu Çarlz Lekler SF-24-ün zəif tərəflərinin Spa'da keçiriləcək yarışda aydınlaşacağı qənaətindədir.

 

İnformator.az xəbər verir ki, Ferrari keçən həftə sonu Macarıstanda sıçrayış problemlərini azaldan və yerə enmə gücünü artıran yeni altlığı sınaqdan keçirdi.

 

Lekler dördüncü olduğu yarışdan sonra yeniləmələrin işlədiyini təsdiqlədi, lakin əlavə etdi ki, Spa daha ciddi sınaq olacaq.

 

Lekler: "Yeniləmələr işlədi, amma kifayət etmədiBütün mənzərəyə baxsanız, rəqiblərimizlə müqayisədə sıralanma mərhələsində sürətimiz çatışmır və bunun əvəzini yarışda ödəməliyik.

 

Nəticədə, yarışda daha yaxşı olsaq da, zəif start mövqelərinə görə maksimuma nail ola bilmirik.

 

Spada yarış bizim üçün əsl sınaq olacaq, çünki orada problemlərimiz daha aydın şəkildə üzə çıxacaq.

 

Orada problemlərə qarşı necə durduğumuzu daha yaxşı görəcəyik. Bəlkə Macarıstanda quraşdırdığımız yeni altlıq kömək edəcək".

 

Məhəmməd Qasımov