Fərid Şəfiyev: "Ermənistanda etiraf edirlər ki, "Sülh kəsişməsi" layihəsinin gələcəyi yoxdur"

Bölmə: Siyasət › ,
Tarix: 14:17 14.05.2025

"Ermənistannın təqdim etdiyi "Sülh kəsişməsi" layihəsi ilə bağlı Ermənistanda da artıq etiraf edirlər ki, bu layihənin gələcəyi yoxdur".

 

"İnformator.az" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisdə "Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

O bildirib ki, bu layihənin yalnız bir şərtlə uğurlu gələcəyi var:


"Bu da Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ilə mümkündür. Ona görə də biz təzyiq siyasətimizi davam etdirməliyik. Lakin İran və Hindistan istəyirlər ki, bəzi layihələri Ermənistan ərazisindən keçirsinlər. Hətta Rusiya ilə bağlı da belə bir fikrilər var. Təbii ki, bu barədə düşünməliyik".