Yük maşınları yolları sıradan çıxarır?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 22:48 06.09.2024

Asfaltlanmış yollarda çöküntülərin yaranması sürücülərə bir sıra problemlər yaradır. Bir çox yollarda yenicə təmir işləri aparılsa da, davamlılığı zəif olur. Səbəb nədədir?Yeni təmir işləri aparılan yollardan ağır yük maşınlarının istifadə etməsinin hansı mənfi cəhətləri var?

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, günahı ağır yük maşınlarında görür:

"Təcrübə göstərir ki, yolların tez sıradan çıxmasının əsas səbəbi ağır tonlu yük avtomobili  normadan artıq yük vurub, daşıma  həyata keçirməsi ilə bağlıdır.
Elə bu səbəbdən də Azərbaycanın bir sıra magistral yollarında xüsusi elektron tərəzilər quraşdırılır ki, həmin yük maṣınlarının yükü ölçülə bilsin. Normadan artıq olan belə yük maşınlarının sürücüləri və onların sahibkarları cəriməniləcək".

Nərgiz Orucova