Leclerc üçün 4-cü dəfə eyni ssenari

Bölmə: İdman › ,
Tarix: 23:02 16.09.2024

Formula 1 pilotu Çarlz Lekler Azərbaycanda növbəti dəfə eyni ssenarini yaşayıb.

Ferrari pilotu 4-cü dəfə poul mövqeyində başladığı Bakıda keçirilən yarışda qalib gələ bilməyib. Lekler yarışda bəzi səhvlərə yol verdiyini və onlardan dərs alacağını bildirib.
O, yarışa Bakıda poul mövqedən başlayıb. Lakin o, irəlidə bitirə bilmədi. Üstəlik, eyni ssenarini 4-cü dəfə yaşadı.

Çarlz Lekler Azərbaycanın paytaxtı Bakıda poul mövqedən başladığı yarışda damalı bayrağı növbəti dəfə birinci yerdə görə bilməyib.

Lekler Azərbaycanda son 3 yarışda birinci start aldıqdan sonra onun bədbəxtliyi davam etdi.

Bakıda Oskar Piastri 20-ci raundda birinci yeri tutaraq qələbə qazanıb.

Çarlz Lekler McLaren və Oscar Piastri-nin yaxşı çıxışına baxmayaraq, bəzi səhvlərə yol verdiyini etiraf edib. "Biz sərt təkərlərə keçən kimi anladım ki, yarışda qalib gələ bilməyəcəyik. Mən az qala bir neçə döngədə maşını divara çırpdım, çox yaxın idi" dedi Leclerc .

Oscar Piastri-nin qeyri-adi bir iş gördüyünü ifadə edən Ferrari pilotu , "Bəzən səhvlər edirsən və mən bu səhvdən dərs çıxaracağam" dedi.

Mənbə: TRT Haber
Məhəmməd Qasımov