İran İsrailin ən qabaqcıl döyüş təyyarələrini saxladığı hava bazasını məhv edib
Bölmə: Dünya › ,Tarix: 23:05 03.10.2024
İranın İsrailə qarşı 200-ə yaxın raketlə cavab hücumu dünya gündəminə bomba kimi düşərkən, Təl-Əviv rəhbərliyi raketlərin hərbi bazaları vurduğunu ilk dəfə etiraf etdi.
İran İsraildəki 3 strateji hava bazasını hədəf aldığını açıqlayarkən, bir peyk şirkəti tərəfindən yayımlanan fotoşəkillər ən qabaqcıl döyüş təyyarələrinə ev sahibliyi edən Nevatimin vurulduğunu ortaya qoydu.
Aprelin 13-ü şənbə günü axşam baş verən ilk raket və kamikadze silahlı pilotsuz təyyarə hücumu İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin atəşə tutulmasına cavab idi. İyulun 31-də HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab verəcəyini bəyan edən İran həftələrlə susdu. Beyrutda Hizbullah lideri Həsən Nəsrullah və İran İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirən Qüds Qüvvələrinin komandanı Abbas Nilfuruşanın öldürülməsi ikinci hücuma səbəb olub.
181 BALİSTİK RAKET XƏBƏRDARLIQ SƏSİNƏ SƏBƏB OLDU
Beyrutda 6 binanın dağıdıldığı və yeraltı toplantı keçirən Nəsrullahın bunker deşici bombalarla vurulduğu kütləvi hücumun cavabı dörd gün sonra, oktyabr axşamı gəldi. 1. İranın atdığı 181 ballistik raket sirenlərin işə düşməsinə və insanların bütün İsraildə özlərini yerə atmasına səbəb olub. Partlayış səsləri dəqiqələrlə davam edib və sosial mediada paylaşılan videolarda bəzi raketlərin hava hücumundan müdafiə sistemlərindən keçərək İsraili vurduğu açıq şəkildə görülüb. Oktyabrın 2-i çərşənbə günü gündüz saatlarında verdiyi açıqlamada İsrail ordusu bəzi raketlərin hərbi bazaları vurduğunu etiraf edib. Bu bəyanat bir ilk idi.
PEYK FOTOLARI SÜBUT ETDİ
İran İsraildəki üç strateji hava bazasını hədəf aldığını açıqlasa da, peyk şirkəti Planet Lab tərəfindən yayımlanan fotoşəkillər ən qabaqcıl döyüş təyyarələrinə ev sahibliyi edən Nevatimin vurulduğunu göstərir. İsrailin cənubunda yerləşən Nevatim ordunun əsas hava bazalarından biridir və buradan Amerika istehsalı olan F-35 təyyarələri havaya qalxır.
Mənbə: Haberler
Aslanova Fatimə
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu