İran İnqilab Keşikçiləri: İsrail hücum etsə, biz enerji obyektlərini vuracağıq
Bölmə: Dünya › ,Tarix: 23:20 04.10.2024
İran İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini Əli Fədəvi bildirib ki, İrana hücum edilərsə, İsrailin enerji və qaz obyektlərinə zərbə endirəcək. İranın dini lideri Ayətullah Xamenei bu gün qıldığı cümə namazından sonra verdiyi xütbədə İranın lazım gələrsə İsrailə yenidən zərbə endirməkdən çəkinməyəcəyini bildirib.
İranın yarı rəsmi xəbər agentliyi SNN-in xəbərində İnqilab Keşikçiləri Korpusunun komandan müavini Əli Fədəvinin İsrailin cavab tədbirləri ilə bağlı açıqlamaları yer alıb.
Fədavi açıqlamasında İsrailin hücum edəcəyi təqdirdə İranın İsrailin enerji və qaz obyektlərini hədəf alacağını bildirib.
"Əgər işğal qüvvələri belə bir səhvə yol verərsə, biz bütün enerji mənbələrini, obyektləri və bütün neftayırma zavodları və qaz yataqlarını hədəfə alacağıq", - Fədavi deyib.
İsrailin Hizbullah lideri Nəsrullahı öldürdüyü hücumdan sonra İranın dini lideri Ayətullah Xamenei düşmənlərə meydan oxuyub.
Paytaxt Tehranın qəlbində cümə namazı qılan Xamenei cümə xütbəsində İsrailə mesaj verib. Xamneyi deyib ki, İran lazım gələrsə İsraili yenidən vurmaqdan çəkinməyəcək.
Xamneyi çıxışında İranın İsrailə raket hücumu ilə bağlı deyib: "Silahlı qüvvələrimizin hərəkəti işğalçı sionist rejimə qarşı verə biləcəyimiz ən yüngül cəza idi. Biz bu qaniçən quduz itə qarşı verə biləcəyimiz ən yüngül cavabı verdik. Onların törətdikləri anlaşılmaz cinayətləri biz bütün vəzifələrimizi yerinə yetirməyə davam edirik" bildirib.
Mənbə: NTV Haber
Elnurə Kərimova