"Yeni mediada manipulyasiya imkanları və ictimai rəy" mövzusunda elmi seminar -FOTO

Bölmə: MEDİA › ,
Tarix: 22:54 01.11.2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və komunikasiyya kafedrasının saathesabı müəllimi Kənan Novruzov "Yeni mediada manipulyasiya imkanları və ictimai rəy" mövzusunda elmi seminar keçirib.

 

"İnformator.az" xəbər verir ki, Elmi seminarda Yeni media və komunikasiyya kafedrasının professor-müəllim heyəti, doktorantlar iştirak etdi.

 

Yeni medianın problemlərindən danışan Kənan Novruzov, obyektivlik prinsipinin gözlənilməsindəki problemlərdən danışdı. Həmçinin o, yeni medianın üstünləkləri ilə yanaşı mənfi cəhətlərinə də toxundu.

 

 

Seminarın gedişində yeni mediada "fake news"un yaratdığı fəsadların əhəmiyyəti ətraflı müzakirə olundu.

 

 

Daha sonra sosial şəbəkələrin əhəmiyyətindən danışan Kənan Novruzov sosial şəbəkədə hüquqi tənzimləmənin olmaması mövzusundan bəhs etdi. Eyni zamanda Media savadlılığn vacibliyini tədbir iştirakçılarına çatdırdı. 

 

Sonda tədbirdə iştirak edən müəllim və tələbələrin sualları cavablandırıldı.

 

Vüqar Alışov