“Dirilik” məcmuəsinin təqdimat mərasimi keçirilib

Tarix: 23:34 10.07.2025
“İnformator.az” xəbər verir ki, “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib. Tədbir MİMTA Fondunun mətbu orqanı olan «Füyuzat» dərgisinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Mərasim zamanı məcmuənin tarixi əhəmiyyəti, ədəbi dəyəri və transliterasiya işinin gələcək nəsillər üçün önəmi vurğulanıb.
Hörmətlə,«Füyuzat» dərgisinin məsul redaktoru Samir Ramizoğlu