Prezident Ərdoğan COP29 üçün Bakıdadır

Bölmə: Siyasət › ,
Tarix: 15:15 12.11.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 İqlim Dəyişikliyi Konfransının açılış mərasimində çıxış edib. Əliyevdən sonra BMT Baş katibi Antonio Quterreş çıxış edərək "Qlobal temperatur artışını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün son şansımızdayıq" deyib.

 

Quterreş, fosil yanacaqların ikiqat artırılmasının mənasız olduğunu və G20-nin iqlim tədbirlərinə liderlik etməsi lazım olduğunu vurğulayıb. "COP29 iqlim maliyyəsi ilə bağlı baryerləri aradan qaldırmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakıdan əliboş ayrılmamalıdır. İqlim maliyyəsi ilə bağlı dünya öhdəliyini yerinə yetirməlidir, yoxsa bunun əvəzini insanlıq ödəyəcək" - deyə o bildirib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan da Bakıda ikitərəfli görüşlərə başlayıb.

 

O, Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşüb. Görüşdə Türkiyə və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan, Türkiyə ilə Böyük Britaniya arasında əlaqələri daha da inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün səylərin davam edəcəyini ifadə edib.

 

Ərdoğan görüş zamanı, Ukrayna, Fələstin və Livanda baş verən münaqişələrin həll olunması üçün Türkiyənin göstərdiyi səylərin davam edəcəyini bildirib. Görüşdə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və bəzi türk və britaniyalı rəsmi şəxslər də iştirak ediblər.

 

Mənbə:NTV HABER

Elnurə Kərimova