İtaliyadan Vincenzo Montella üçün flaş ayrılıq iddiası
Bölmə: İdman › ,Tarix: 16:56 12.11.2024
İtaliya Serie A komandalarından Roma, baş məşqçi vəzifəsinə Türkiyə milli komandasının baş məşqçisi Vincenzo Montellanı gətirmək istəyir.
Ivan Yuric ilə yollarını ayıran Roma klubunun, Türkiyə milli komandasının baş məşqçisi Vincenzo Montellanı transfer gündəminə aldığı iddia edildi.
Xəbərin detalları arasında, Roma üçün baş məşqçi namizədləri arasında ən favorit namizədin 50 yaşlı italyan məşqçi olduğu və Serie A klubunun, Türkiyə Futbol Federasiyası (TFF) ilə 2026-cı ilə qədər müqaviləsi olan Montellanın müqaviləsindəki sərbəst qalma maddəsindən yararlanacağı yazılıb.
Xəbərdəki başqa bir iddiaya görə, TFF-yə 6 aylıq maaş ödənməsi şərtilə Vincenzo Montellanın sərbəst qalması mümkündür.
Digər tərəfdən, Roma klubunun 50 yaşlı baş məşqçi ilə uzunmüddətli bir anlaşma edə biləcəyi də qeyd olunub.
Mənbə: beinsports
Aytac Mustafayeva