Çıxmayacaq makiyajın yeganə həlli!
Bölmə: Dünya › ,Tarix: 18:53 12.11.2024
Bir çox insanlar makiyajı zövqlü şəkildə tətbiq etməyə alışsa da, təmizləmə mərhələsi demək olar ki, hər kəsin xoşuna gələn bir mərhələ deyil. Daha qalıcı etmək üçün tətbiq edilən bəzi makiyaj məhsullarını çıxarmaq olduqca çətindir. Təmizləsəniz belə, onun dərinizi tərk edib-etmədiyinə əmin olmaq çətindir. Bu tip makiyajı silmək üçün çox gözəl təbii üsul var. Makiyajı dəridən çıxarmaq olduqca çətin ola bilər, xüsusən də daha uzun müddət qalması üçün edilirsə.
Dərinizdən bir anda silə bilmədiyiniz makiyajı silmək üçün bəzi təbii məhsullardan onları qarışdıraraq istifadə edə bilərsiniz. Aloe vera və zeytun yağı qarışığı bunlardan biridir. Bu sayədə heç bir kimyəvi maddə istifadə etmədən makiyajınızı təmizləyəcək və dərinizi qidalandırmış olacaqsınız. Qarışığı tətbiq etmək üçün sizə lazım olan şey əvvəlcə bir qaba bərabər miqdarda aloe vera geli və zeytun yağı əlavə etməkdir . Daha sonra bu ikisini qarışdırıb homojen bir tutarlılıq əldə etdikdən sonra pambıq köməyi ilə dərinizə çəkə bilərsiniz. Qarışıq sayəsində makiyajınızın asanlıqla çıxdığını görəcəksiniz. Prosesi tamamladıqdan sonra dərinizi yaxalayıb nəmləndirici kremdən istifadə edə bilərsiniz.
Qızılgül suyu və zeytun yağı ilə hazırlayacağınız təbii qarışım xüsusilə quru dəri tipinə sahib insanlar üçün həyat xilasedicidir.
Dərini nəmləndirməklə yanaşı, makiyajdan da qurtulmanıza kömək edəcək. Etməli olduğunuz şey olduqca sadədir. Əvvəlcə zeytun yağı və gül suyunu hazırlayın, yarım çay stəkan gül suyu və yarım çay stəkan zeytun yağı qarışdırın. Daha sonra pambıqla yumşaq hərəkətlərlə üzünüzə çəkə bilərsiniz. Dərinizə tətbiq etdikdən sonra makiyajın asanlıqla silindiyini görə bilərsiniz. İlk istifadədən sonra qarışıq artıbsa, onu soyuq yerdə saxlaya bilərsiniz.
Xiyar dəriyə qulluq üçün ən çox üstünlük verilən gözəl təbii qidadır.
Dərinizi parlaqlaşdırmaq üçün xiyar və südü birləşdirərək sağlam qarışım əldə edə bilərsiniz. Xiyarı sürtgəcdən keçirib kiçik qəhvə qabına qoyun. Sonra bir stəkan süd əlavə edin və bir neçə dəqiqə qaynatın. Qarışıq isti olduqdan sonra onu təmiz bir şüşəyə köçürə bilərsiniz. Dəriniz körpə dərisi kimi olacaq.
Mənbə: Pembe Nar
Çinarə Tarverdiyeva