"Ermənistan COP29-da iştirak etsəydi, sülh yolunda da addımlar atılacaqdı.."

Bölmə: Siyasət › ,
Tarix: 19:12 12.11.2024

" Ermənistan burada hansısa böyük dairələrin göstəriş verməsini gözlədi, heç bir cavab almadıqda isə gəlmədi. Bu da Ermənistanın özünü bir növ "ipli oyuncaq" kimi apardığını göstərir".

 

Bu sözləri politoloq Turan Rzayev "İnformator.az" saytına açıqlamasında bildirib.

 

Tural Rzayevin sözlərinə görə, Azərbaycan Ermənistana rəsmi səviyyədə dəvət göndərib:

 

"Azərbaycan münasibətlərin normallaşdırılması istiqamətindədə mühim addım atıb. Ermənistan isə Azərbaycanın bu addımına cavab vermədi. Bu da etimadı sarsıtan məqamdır".

 

Politoloqun sözlərinə görə, bu hal indiki zamanda gərginliyə səbəb olmayacaq:

 

"Nəzərə almaq lazımdır ki, COP29 BMT-nin tədbiridir və Azərbaycan buna ev sahibliyi edir. Yəni beynəlxalq bir tədbirdə iştirak etməmək artıq həmin ölkənin məsuliyyətində olan bir məqamdır.

Ermənistanın isə konkret məqsədi yoxdur. Amma hər halda gəlsəydilər sülh yolunda da addımlar atılacaqdı.

Burada iştirak edən Afrika, Cənubi Amerika, Okeaniya ölkələri üçün Ermənistan heç bir əhəmiyyət kəsb etmir. Amma Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, İsrail kimi ölkələrin aspektindən baxdıqda şüphəsiz ki, bu bir məna ehtiva edə bilər. ABŞ, Fransa kimi ölkələr isə öz maraqlarına uyğun şərh edəcəkdir".

 

Fidan Fərhadlı