Meyvələrin stressə təsiri necədir?

Bölmə: Maraqlı › ,
Tarix: 19:56 12.11.2024

Demək olar ki, stres gündəlik həyatımızın bir parçasıdır. Günün gərgin və ağır keçməsindən tutmuş, insanlarla münasibətlərimizin pisləşməsinə qədər neqativ təsirlərə malikdir. Stresdən uzaqlaşmağın müxtəlif yolları vardır. 

 

Bəs stressə qarşı müstəb təsir göstərən meyvələr hansılardır?

 

Bu barədə psixoloq Aytən Ələkbərova "informator.az"a açıqlamasında bildirib ki , ağız təamına uyğun olaraq ən çox hansı meyvə sevilirsə, o meyvədən alınan serotonin insanı həmin anda xoşbəxt edir:

 

 "Meyvə mövsümi meyvə olmasa belə, beyində canlandırılan həmin meyvəni yemək insanı xoşbəxt hiss etdirir. Psixosomatik olaraq meyvəyə olan sevgidən şüur altına göndərilən bəzi məqamlar var ki, insanı stresdən uzaqlaşdırır. Və yaxud meyvə mövsümi, yəni əlçatan olmasa, həmin an insan şüuraltına o meyvənin əlçatan olmamasını yeritməlidir".

 

 

Psixoloq stresdən uzaqlaşdıran meyvələrdən ilk olaraq almanın adını qeyd edib:

 

 

" Alma serotonin hormonunu artırır. Bu meyvə həm səhər, həm də axşam yeyildikdə orqanizmə müsbət təsirləri olur. Gecə yeyilən alma həzm prosesini gücləndirir və səhərlər ağızdan gələn qoxunun qarşısını alır. Almanın ən effektiv xüsusiyyəti isə rahat yuxu yatmağa kömək etməsidir.

 

Bəzi mövsümi meyvələr var ki, insan orqanizmi mütləq onlarla qidalanmalıdır. Bura əsasən payız meyvələri olan xurma, feyxoa, nar və narın qabıqları, üzüm və s. daxildir".

 

Çinarə Tarverdiyeva