Türkiyə A Milli Komanda,Uels hazırlıqlarına başladı
Bölmə: İdman › ,Tarix: 20:48 12.11.2024
UEFA Millətlər Liqasının B Liqası 4-cü Qrupundakı beşinci matçında 16 noyabr şənbə günü Kayseridə Uels millisi ilə qarşılaşacaq A Millî Futbol Komandası hazırlıqlarına başlayıb.
TFF Hasan Doğan Milli Komandalar Təlim Mərkəzində, baş məşqçi Vincenzo Montella rəhbərliyində keçirilən məşq tamamilə mətbuatın iştirakına açıq olub.
Məşqdə, səfər proqramı səbəbindən axşam saatlarında kampa qoşulacaq Orkun Kökçü, Kerem Aktürkoğlu, Altay Bayındır və Deniz Gül iştirak etməyib. Bu 4 oyunçunun yerinə, Ümit Milli Komandadan Emre Bilgin, Cihan Çanak, Mustafa Hekimoğlu və Yunus Emre Konak məşqə dəvət edilib.
Ferdi Kadıoğlu sol ayağının baş barmaq oynağındakı kapsul zədəsi, Ahmed Kutucu sol arxa əzələsində dartılma və ödəm , Emirhan Topçu isə dişində apse və yaranan yüksək hərarət səbəbindən məşqə qatılmayıb.
Yağış altında baş tutan məşq, isinmə hərəkətləri ilə başlanıb. Pas və top ələ keçirmə məşqləri ilə davam edən məşq, dar sahədə keçirilən qoşa qapı ilə yekunlaşıb.
Milli komandanın məşqini Türkiyə Futbol Federasiyasının (TFF) Prezidenti İbrahim Hacıosmanoğlu, vitse-prezident Ceyhun Kazancı və TFF İdarə Heyəti üzvləri izləyiblər.
Mənbə:beinsports
Aytac Mustafayeva