İşğalçı İsrail İordan çayının qərb sahilində bir fələstinlinin evini söküb

Bölmə: Dünya › ,
Tarix: 12:25 14.11.2024

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus evin "lisenziyasız" olduğunu iddia edərək söküb.

 

Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, İsrail ordusu hərbi buldozerlərin müşayiəti ilə İordan çayının qərb sahilindəki Nablus şəhərinin Yatma qəsəbəsinə basqın edib.

Yatma Kənd Şurasının sədri Əhməd Snober, İsrail əsgərlərinin fələstinli Bera Əhməd Nasiri evini tərk etməyə məcbur etdiyini, daha sonra Nasirin 2 mərtəbəli evini yıxdıqlarını söylədi.

 

Snober qeyd edib ki, İsrail əsgərləri  əvvəl Yatma və Kabalan kəndləri arasındakı ərazidə Nasirin evini dağıdıblar.

 

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin zolağına hücuma başladığı 7 oktyabrdan bu yana həbslər, basqınlar və fələstinlilərə qarşı hücumlarda artım var.

 

Mənbə: TRT haber 

Fidan Fərhadlı