Kanada XİN əsgərlərin siyahısını dərc etməkdən imtina etdi

Bölmə: Dünya › ,
Tarix: 21:41 14.11.2024

Kanada nazirlikləri, o cümlədən Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Ukraynaya zərər vurmaq qorxusu ilə ölkədə məskunlaşan SS Qalisiya diviziyasının əsgərlərinin siyahısını dərc etməkdən imtina edib. 
"İnformator.az" Lenta.ru-a istinadən xəbər verir ki, bu barədə Globe and Mail (G&M) məlumat yayıb.

“Federal nazirliklər Rusiyanın təbliğatını gücləndirə və Ukraynaya zərər verə biləcəyi ilə bağlı 900 faşist hərbi cinayətkarının adlarının açıqlanmasına qarşı çıxıblar”,– qəzet yazıb.

Bundan əlavə, Kanada agentlikləri siyahıda olan şəxslərin hərbi cinayətkar olmasına şübhə ilə yanaşıb. Kanadalı nazir Çarlz Tibo-Beland qeyd edib ki, sənədin ictimaiyyətə açıqlanması qərarına yenidən baxılacaq.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bildirib ki, Kanada hakimiyyəti keçmiş SS-çi və nasist Yaroslav Qunkonun cinayətlərdə iştirakını sübut edən “tam materiallar” təqdim etməsinə baxmayaraq, Rusiyaya ekstradisiya etməkdən imtina edir.

Banuçiçək Kalbalıyeva