Saçı tökülən insanlar qidalanmada nələrə diqqət etməlidirlər ?-MÜTƏXƏSSİS AÇIQILAYIR
Bölmə: Sosial › ,Tarix: 22:47 13.12.2024
Son zamanlar insanlar saç tökülməsindən şikayətlənirlər. Düşünürlər ki, bu problem vitamin çatışmazlığından irəli gəlir.
Mövzu ilə bağlı dermatoloq Şəbnəm Məmmədova “informator.az” a açıqlamasında bildirib ki, saç tökülməsinin üç növü var-Androgen alopesiya , diffuz alopesiya, ocaqlı alopesiya:
“Androgen alopesiya: hamıda problem yaradan saç tökülmə formalarından biridir. Bu gün ən çox yayğın olanlardandır. Androgen başın təpə hissəsindən seyrəlirsə, tökülürsə, bu erkək tipli saç tökülmədir. Orqanizmdə əsas səbəbi kişi hormonlarına bağlı olaraq başlayır. Saçın çox yağlanması ilə müşaiət olunur.
Diffuz alopesiya: başın tamamında saç tökülmə ilə müşahidə olunur. Orqanizm çox güclü avitaminoz keçirib və ya ağır əməliyyat keçirib , adətən narkozdan sonra da baş verir. Buna az rast gəlinir. Çünki buna orqanizmin müqaviməti dözür. Ocaqlı alopesiya: avtoimmun prosesdir. Buna görə dünyada səbəbi tapılmayıb. Amma müəyyən qədər orqanizmdə sinkin çatışmazlığı, qaraciyər xəstəlikləri, qalxanvari vəzin hormonlarına bağlı olaraq yarana bilən bir saç tökülmə formasıdır. Saçda, qaşda, kirpikdə dairəvi formada müşaiət olunur”.
Müsahib hansı qidaların saç tökülməsinin qarşısını ala biləcəyindən danışıb:
“Əgər androgen alopesiya varsa, xəstə tərkibində sink saxlayan qidalar-balqabaq tumu yağı, qara çörəkotu yağını qəbul edə bilər. Diffuz alopesiya varsa, xəstə vitaminlər qəbul etməlidir.
Ocaqlı alopesiya olarsa, tərkibində sink saxlayan preparatlar qəbul edə bilərlər. Saç tökülmə orqanizmdə balansını itirən proseslərin özünü göstərmə formasıdır. Saç bu cür tökülürsə, qidalardan deyil, terapevtik dozadan istifadə edilməlidir. Əgər saç tökülmə yaşanarsa, tərkibində qlüten şəkər saxlayan qidalardan istifadə olunmamalıdır. Çünki karbohidrat mübadiləsilə yağlanmaya səbəb olur. Yağlanmada saçın tökülməsinə səbəb olur. Ona görə də, tərkibində omega 3 saxlayan, yəni balıq yeyə bilərlər”.
Kəmalə Vəliyeva