Dünya üçün görünməmiş təhdid: Güzgü həyat tədqiqatları!

Bölmə: Sosial › ,
Tarix: 11:50 16.12.2024

Mütəxəssislər, təbiətdə mövcud olan molekulların güzgü görüntülərindən yaradılan güzgü bakteriyalarının canlıları ölümcül infeksiyalara qarşı riskə ata biləcəyi barədə xəbərdarlıq edirlər.

 

38 araşdırmaçıdan ibarət bir qrup, alimləri bu istiqamətdəki işləri dayandırmağa çağırıb. Əgər güzgü bakteriyalarının istehsalı uğurlu olarsa, onlar çox güman ki, bir çox canlının immun sistemindən yayına biləcək və nəzarətsiz şəkildə yayılan ölümcül infeksiyalara səbəb olacaq. Alimlər, bu tədqiqatların yaratdığı təhdid səviyyəsini "görünməmiş" kimi qiymətləndirirlər.

 

APARICI ALİMLƏRDƏN ÇAĞIRIŞ

 

Dünyanın aparıcı alimləri, sintetik orqanizmlərin dünyadakı həyat üçün "görünməmiş bir risk" yaradacağından narahatdır. Bu narahatlıq səbəbindən bəzi tədqiqatçılar, "güzgü həyat" mikrobları yaratma tədqiqatlarının dayandırılmasını tələb ediblər.

 

ÖLÜMCÜL İNFEKSİYA RİSKİ

 

Nobel mükafatlı alimlər, təbiətdə mövcud olan molekulların güzgü görüntülərindən yaranan bakteriyaların ətraf mühitdə yerləşib təbii orqanizmlərin immun sistemini aşa biləcəyini və canlıları ölümcül infeksiyalara qarşı riskə ata biləcəyini bildirirlər.

 

"NƏZARƏTSİZ YAYILACAQ"

 

Pittsburq Universitetindən təkamül biologiyası üzrə professor Vohn Kuper deyib:

"Söhbət etdiyimiz təhdid görünməmiş bir şeydir. Güzgü bakteriyaları çox güman ki, bir çox canlıların immun sistemindən yayıla biləcək və hər bir halda nəzarətsiz yayılaraq ölümcül infeksiyalara səbəb olacaq".

 

"GÜZGÜ HƏYAT" NƏDİR?

 

Alimlər daha yaxından araşdırmaq üçün böyük və funksional güzgü molekulları hazırlayıblar. Bəziləri güzgü mikrobları qurmaq istiqamətində kiçik addımlar da atıblar, lakin güzgü molekullarından tam orqanizm qurmaq bu günün elmi biliklərinin hüdudlarından kənardır.

 

Güzgü molekulları xroniki və müalicəsi çətin xəstəliklər üçün terapiyaya çevrilə bilər, lakin güzgü mikrobları kimyəvi maddələrin istehsalı üçün həşəratlardan istifadə edən bioloji istehsal müəssisələrini kontaminasiyaya qarşı daha davamlı edə bilər.

 

Araşdırmaçılar, ölümcül infeksiyalara səbəb olmaqdan əlavə, bu mikrobların təhlükəsiz şəkildə idarə olunacağından və ya uzun müddət nəzarətdə saxlanılacağından şübhələnirlər.

 

Mənbə: sputnik

Aygün Babayeva