Yeni dövlət rüsumları müəyyənləşir
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:30 29.12.2024
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu” haqqında Qanuna təklif edilən dəyişiklikdə bu məsələ öz əksini tapıb.
İqtisadçı Xalid Kərimli "informator.az"a bu dəyişiklik barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, rüsum dövlətin hansısa fəaliyyətlərə, yəni nəyəsə qoşulmaq, nədənsə istifadə, bu kimi sahələrdə dövlətin əməkdaşları işləyəcək:
"Bu məqsədlə müvafiq qurumların işçiləri işləyəcək və bunun üçün vaxt gedəcək, müraciətlərə baxılacaq, yəni dövlət vətəndaşa və biznes strukturuna bu sahədə xidmətlər göstərəcək. Bu xidmətlərə həmin əməkdaşların xərcləri, həmin o prosesdə xərc yaranır. Rüsum məhz dövlətin göstərdiyi xidmətinin dəyərinin vətəndaşın ödəməsidir. Bu nə ianədir, nə vergidir ,konkret xidmətin, icazənin alınması üçün görülən işlərə görə müəyyənləşdirilmiş haqqdır".
Həmçinin iqtisadçı, bu resursların büdcədə necə toplandığı barədə də açıqlama verib:
" Dövlət bu işlərin təşkili və görülməsi üçün resurs ayırır və bunun üçün də, bu işlərə ehtiyacı duyan şəxslərə də, bu işlərə görə haqq qalır. Bu məsələyə münasibət normaldır. Dünyanın istənilən yerində biznes strukturunda bizə xidmət göstərirlərsə, bizə nəyisə icazə verirlərsə, bunun bir haqqı olur. Bu rüsumlar dövlət büdcəsinə toplanır və büdcədə proqnozlaşdırılmasından sonra dövlət büdcəsindən maliyyələşən xərclərin maliyyələşdirilməsinə yönəlir".
Nigar Həsənzadə