Son çempion Aryna Sabalenka finala yüksəldi!

Tarix: 18:48 23.01.2025
Mövsümün ilk "Grand Slam" tennis turniri olan Avstraliya Açıq turnirində qadınların dünya 1 nömrəsi Aryna Sabalenka finala vəsiqə qazandı.
Melburn şəhərində keçirilən turnirin qadınlar üzrə yarımfinal mərhələsində Belaruslu Sabalenka 11 nömrəli reytinqə sahib İspaniyalı Paula Badosa ilə qarşılaşıb.
Son iki ilin çempionu Sabalenka, rəqibini 1 saat 26 dəqiqə davam edən oyunda 6-4 və 6-2 hesabı ilə 2:0 məğlub edərək finala yüksəlib.
Avstraliya Açıq turnirində ardıcıl 20-ci qələbəsini qazanan Belaruslu tennisçi, üst-üstə üçüncü dəfə finala çıxmaq şansı əldə edib.
Sabalenka finalda 19 nömrəli reytinqə malik ABŞ tennisçisi Madison Keys ilə dünya 2 nömrəsi Polşalı Iga Swiatek arasındakı oyunun qalibi ilə qarşılaşacaq.
Əgər Belaruslu tennisçi turnirin qalibi olarsa, 1997, 1998 və 1999-cu illərdə ardıcıl üç dəfə çempion olan İsveçrəli Martina Hingisdən sonra bu turnirdə ardıcıl üç dəfə çempionluq qazanan ilk qadın tennisçi olacaq.
Mənbə: CNN türkçe
Nigar Həsənzadə