"Kim Çenin təklifindən imtina üçün əsasımız yoxdur"
.jpg)
Tarix: 10:28 12.07.2025
KXDR hərbçilərinin Kursk vilayətinin azad edilməsində iştirakı iki ölkə arasında münasibətlərin “məğlubedilməz qardaşlıq” kimi səciyyələndirilməsinin birbaşa təsdiqidir.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali Koreyada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
KXDR xarici işlər naziri Çoy Son Xi ilə danışıqların yekunlarına dair mətbuat konfransında Lavrov Kurskun azad olunmasına yardımdan sonra Cənubi Koreya hərbçilərinin “xüsusi əməliyyat zonası”nın başqa istiqamətlərinə yerləşdirilə biləcəyi barədə suala belə cavab verib:
“Biz KXDR liderinin təkliflərinə cavab veririk. Səmimi həmrəylik nümayiş etdirməkdən imtina etmək üçün heç bir əsasımız yox idi. Biz ondan çıxış edirik ki, bizim strateji tərəfdaşlıq haqqında sazişimizi həyata keçirəcəyimiz formaları KXDR özü müəyyənləşdirir”.