Trampdan son dəqiqə Rusiya və müharibə açıqlaması!
Bölmə: Dünya › ,Tarix: 19:14 23.01.2025
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin atəşkəs danışıqları üçün müzakirə masasına gəlməyəcəyi təqdirdə Rusiyaya əlavə sanksiyalar tətbiq edəcəyini açıqladı. Tramp, müharibədə 1,5 milyona yaxın əsgərin öldüyünü bildirdi.
"PUTİN ATƏŞKƏS MASASINA GƏLMƏZSƏ, RUSİYAYA ƏLAVƏ SANKSİYALAR TƏTBİQ EDƏCƏYƏM"
Tramp, Rusiya-Ukrayna müharibəsinin artıq sona çatmalı olduğunu vurğulayaraq, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyini bildirdi.
Putinin atəşkəs danışıqları üçün müzakirə masasına gəlməyəcəyi halda Rusiyaya əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi barədə sualı cavablandıran Tramp, "Çox güman ki, bəli",-deyə cavab verib. O bildirib: "Əgər bacarıqlı bir prezidentiniz olsaydı, lakin yoxdur, o zaman bu (müharibə) heç olmazdı. Mən prezident olsaydım, Ukraynadakı müharibə heç vaxt baş verməzdi".
Baydenin Putinə hörmətsizlik etdiyini və prosesi pis idarə etdiyini qeyd edən Tramp, Putinə müharibənin ən qısa zamanda sona çatması üçün çalışacağını bildirib.
"İNDİ ANLAŞMA EDİN, DAHA ÇOX İTİKİ OLMASIN"
ABŞ Prezidenti Tramp, Truth Social adlı sosial media hesabında mövzu ilə bağlı yeni bir açıqlama da edib.
Tramp, açıqlamasında, Rusiyaya zərər vermək istəmədiyini, Rusiya xalqını sevdiyini və rusların İkinci Dünya Müharibəsində ABŞ-yə kömək etdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin artıq sona çatma vaxtının çatdığını qeyd edib.
Putinə müraciət edən Tramp, bu ifadələri işlədib:
"İndi razılaşın və bu mənasız müharibəni dayandırın. Yoxsa vəziyyət daha da pisləşəcək. Əgər yaxın zamanda bir razılaşma əldə etməsək, Rusiyaya sanksiya tətbiq etməkdən və Rusiyadan ABŞ-a satılan hər şeyə yüksək gömrük rüsumu tətbiq etməkdən başqa çarəm qalmayacaq. Mən prezident olsaydım, heç başlamayacaq olan bu müharibəni bitirək! Bunu asan yolla və ya çətin yolla edə bilərik. İndi razılaşmanı edin. Daha çox insan itkisi olmasın".
Mənbə: haber7
Aygün Babayeva