OPEC+ iclasının vaxtı dəyişilib

Tarix: 12:02 04.07.2025
Neft hasilatını könüllü olaraq azaldan səkkiz OPEC+ ölkəsinin iclası iyulun 6-dan iyulun 5-nə təxirə salınıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.
OPEC+ ölkələri bu iclasda avqust ayı üçün neft hasilatı planını müzakirə edəcəklər.