Təyyarədaşıyan gəmi gəmisinə çırpıldı

Bölmə: Hadisə › ,
Tarix: 16:02 14.02.2025

ABŞ-yə məxsus USS Harry S. Truman təyyarədaşıyan gəmisi çərşənbə axşamı Aralıq dənizində üzdüyü zaman Panama bayrağı altında üzən "Beşiktaş-M" adlı ticarət yük gəmisi ilə toqquşub.

 

Avropa və Afrika/ABŞ Altıncı Donanmasının rəsmi internet saytında yayımlanan açıqlamada, hadisənin yerli vaxtla 23:46-da Misirin Port Səid şəhəri yaxınlığında baş verdiyi bildirilib.

 

Qəzanın təyyarədaşıyan gəmi üçün heç bir "təhlükə" yaratmadığı vurğulanıb və hadisənin araşdırıldığı qeyd edilib.

 

Açıqlamada, "Beşiktaş-M" adlı ticarət yük gəmisinin taleyi ilə bağlı heç bir detallı məlumat verilməyib.

 

Mənbə: Euronews

Aygün Babayeva