ABŞ bir sıra ölkələrə tarifləri geri qaytarır

Bölmə: Siyasət › ,
Tarix: 22:41 07.07.2025

 


ABŞ avqustun 1-dən ticarət danışıqlarında irəliləyiş olmayan ölkələrə aprel tariflərini qaytaracaq”, - Bessent bildirib.


Mövzu ilə əlaqədar politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika maliyyə nazirinin avqustun birindən danışıqlarda irəliləyiş əldə olunmayan ölkələrə tətbiq olunan tariflər geri qaytarılacaq fikri ona hesablanıb ki, ABŞ aprel ayında dünyanın bütün ölkələrinə müəyyən faiz dərəcələri ilə tariflər tətbiq eləyib və bu tariflər tətbiq olunan ölkələr arasında çox maraqlıdır ki, Rusiyanın adına biz rast gəlmədik və Tramp bunu onunla əlaqələndirib ki, guya Amerika ilə Rusiya arasında hal hazırda ticarət əlaqələri minimum səviyyədə olduğuna görə bunu etməyib:


“Amma şübhəsiz ki, burada bir hal da var və əslində Rusiya ilə danışıqlar aparan Tramp Rusiyanı çox qıcıqlandırmaq və danışıqlarda məhz belə bir taktika seçib. Amma bunun da nəticə vermədiyi ortadadır. O ki, qaldı digər ölkələrlə bağlı, əlbəttə ki, Amerika tarifi tətbiq etdiyi ölkələrin bir çoxu ilə danışıqlar aparıb və yüksək tariflərin bir çoxunun aşağı endirilməsinə nail olunub. Xüsusilə də burada Çinlə yaşanan gərginlik diqqət çəkicidir. Belə ki, tərəflər bir birinə qarşı 145 və 125 faiz tariflər tətbiq ediblər. Sonradan danışıqlar nəticəsində anlaşma əldə olunub və tariflər aşağıya endirilib və sonradan da müəyyən anlaşmalar əldə olunub”.


Ekspertin sözlərinə görə, bu baxımdan düşünürəm ki, tariflər əsasən daha çox Amerikanın qonşusu olan ölkələr, Meksika və Kanadaya təzyiqdir:


“Ancaq bundan başqa, Avropa İttifaqına da müəyyən təzyiq elementi kimi tariflərin saxlanılacağı gözləniləndir. O ki, Amerika və Çinə necə təsir göstərəcək? Qeyd etdiyimiz kimi, Çinlə bağlı artıq məsələ öz həllini tapıb, Tərəflər razılaşıblar. Rusiyanın adı isə tariflərin tətbiq olunduğu ölkələr sırasında yoxdur. Amma belə bir ehtimal var ki, Amerika Birləşmiş Ştatları Senatının 83 üzvünün hazırladığı qətnamə layihəsi qəbul oluna bilər və bu qətnamə layihəsində Rusiyaya qarşı beş 100 faizlik tariflərin tətbiqi nəzərdə tutular. Amma hazırda tərəflər arasında ticarətin çox kiçik rəqəmlərlə ifadə olunduğunu nəzərə alsaq, bu elə ciddi bir təsir mexanizmi düşünürəm. Ticarət danışıqlarında irəliləyiş yoxdur ifadəsi o deməkdir ki, yəni hansı ölkələr ki, müəyyən dirəniş göstərib və Amerikanın müəyyən tələblərinə boyun əyib. Bunun ifadəsi irəliləyiş yoxdur kimi təqdim olunur və məhz qeyd etdiyim kimi, o ölkələr ki, Amerika tərəfindən, necə deyərlər, qara siyahıya salınıb, onlara tətbiq olunan tariflərdə, yaxud Amerikanın istədiklərini almadığı müddətdə o, tariflərin qalacağı gözləniləndir”.


Asiman Vəliyeva