Asperger sindromlu şəxslər yanlış anlaşıla bilər !

Tarix: 21:27 20.02.2025
Asperger sindromuna sahib insanların çox zaman yanlış anlaşıldığı və sosial mühitlərində kənarlaşdırıldığı, cəmiyyətin bu mövzuda maariflənməsinin onların daha rahat bir həyat sürməsinə kömək edə biləcəyi bildirilib.
Qara dəniz Texniki Universiteti (KTÜ) Farabi Xəstəxanasının Uşaq və Yeniyetmələrin Ruh Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi Dr. Volkan Şahin, Asperger sindromuna sahib insanların çox vaxt yanlış anlaşıldığını və sosial mühitlərində təcrid edildiklərini bildirərək, cəmiyyətin bu barədə məlumatlı olmasının onların daha rahat bir həyat sürməsinə kömək edə biləcəyini qeyd edib. Şahin, uşaqlarda nitq inkişafında gecikmə, qeyri-verbal ünsiyyət bacarıqlarının çatışmazlığı, adını çağıranda baxmamaq və ya göz təması qura bilməmək kimi simptomlar deyildikdə, insanların dərhal autizm haqqında düşündüyünü vurğulayıb.
Autizm haqqında fərqli mənbələrdən məlumat alındığını bildirən Şahin, Asperger sindromu ilə bağlı bilik və fərqindəliyin az olduğunu ifadə edib. O, Dr. Hans Aspergerin 1944-cü ildə izlədiyi dörd uşaqda klassik autizm diaqnozuna tam uyğun gəlməyən, empatiya çatışmazlığı, dost qazanmaqda çətinliklər, xüsusi maraq sahələrinə həddindən artıq fokuslanma kimi autizm əlamətləri müşahidə etdiyini qeyd edərək bunları deyib:
“Onun ölümündən sonra Dr. Hans Aspergerin apardığı araşdırmalara istinadən ‘Asperger sindromu’ anlayışı işlədilməyə başlandı. Hətta bir rəvayətə görə, bu alim uşaq ikən bu sindroma bənzər əlamətlər göstərib. Asperger sindromu, Ruh Pozğunluqlarının Diaqnostik və Statistik Təlimatının dördüncü nəşrində ayrıca bir diaqnoz kateqoriyası olaraq təqdim olunsa da, sonrakı nəşrdə bu diaqnoz çıxarılmış və autizm spektr pozğunluğu anlayışı istifadə olunmağa başlanıb”.
Haber Turk
Bəşirova Əsmər