Balqabağı bu qidalarla birlikdə istehlak etmək faydalarını artırır

Bölmə: Maraqlı › ,
Tarix: 21:27 20.02.2025

Qış aylarında  süfrələrimizə  rəng qatan və sağlamlığımıza böyük fayda verən balqabağın  xüsusilə bəzi qidalarla birlikdə istehlak edildikdə daha çox təsir etdiyini bilirdinizmi?

 

Qidalanma və Pəhriz Mütəxəssisi Edagül Kopuz balqabağın 8 əhəmiyyətli faydasını açıqladı.

Balqabaq tərkibindəki C vitamini sayəsində qış aylarında artan xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Balqabağa qara bibər, zəncəfil və sarıkök kimi ədviyyatların əlavə edilməsi balqabağın tərkibindəki beta-karotinin orqanizm vasitəsilə mənimsənilməsini artırır.Balqabaq antioksidan xüsusiyyətləri sayəsində sərbəst radikalları təmizləyir və bədəni xəstəliklərdən qoruyur.

Qidalanma və Pəhriz Mütəxəssisi Edagül Kopuz,“100 qramında cəmi 26 kalori olan balqabaq pəhriz saxlayanlar üçün ideal tərəvəzdir. Yüksək lif  quruluşu sayəsində sizi tox saxlayır, həzm sistemini tənzimləyir və çəkiyə nəzarət etməyə kömək edir. Balqabağa darçın və zəncəfil kimi ədviyyatlar  əlavə etmək həm həzmi dəstəkləyir, həm də maddələr mübadiləsini sürətləndirir, qış aylarında orqanizmin daha sürətli işləməsinə kömək edir”.

 

Mənbə: Pembe nar

Nigar Səmədli