Son günlərdə baş verən qlobal iqlim dəyişmələri və yaratdığı problemlər

Bölmə: Sosial › ,
Tarix: 19:57 07.03.2025

Son dövrlərdə qlobal iqlim dəyişiklikləri nəticəsində ekstremal hava hadisələri və dəniz səviyyəsinin yüksəlməsi kimi ciddi problemlər yaranıb.

 

Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı əsas qlobal problem su qıtlığıdır:

 

"Ölkəmizə daxil olan çayların su həcmi azalır, Xəzər dənizinin səviyyəsi enir və bu, böyük problemlərə səbəb olur.
Bu vəziyyət həm iqtisadiyyata ciddi ziyan vurur, həm də ekosistemlərə və insanların sağlamlığına mənfi təsir göstərir; xəstəliklər yayılır, insanların yaşayış şəraiti dəyişir və onlar bu yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkirlər".

 

Müsahib bildirib ki, iqlim dəyişikliyi ilə bağlı çox danışılır, lakin konkret istiqamətlərdə əməli tədbirlər görmək lazımdır:

 

"Azərbaycan alternativ enerjinin inkişafına çalışır; ölkədə istehsal olunan enerjinin 20-25 faizini alternativ mənbələrdən əldə etmək və Avropaya elektrik enerjisi ixrac etmək planları mövcuddur. Bu addımlar təqdirəlayiqdir. Ölkə daxilində həll olunması çətin olan problemlər də mövcuddur. Birinci növbədə, nəqliyyat məsələsi: böyük şəhərlərdə tıxaclar, logistika çətinlikləri və s. Əgər bu istiqamətdə tədbirlər görülsə, Bakı, Sumqayıt və Gəncə şəhərləri tıxaclardan azad edilsə, avtomobillərin həddindən artıq çirklənməsinin qarşısı alınsa, Azərbaycanda iqlim dəyişikliyinin təsiri o qədər də güclü olmayacaq".

 

Aydan Quliyeva



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.