Suriya lideri Əhməd Şara söz verib

Bölmə: Dünya › ,
Tarix: 21:46 10.03.2025

Suriya lideri Əhməd Şara, Suriya təhlükəsizlik qüvvələrinin ələvi dini azlığından yüzlərlə dinc sakini öldürdüyü iddia edilən günlərlə davam edən toqquşmalardan sonra mülki insanlara zərər verən hər kəsi məsuliyyətə cəlb edəcəyinə söz verib. 

 

Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) hesabatına görə, döyüşlər həmçinin təhlükəsizlik qüvvələrinin 231 üzvü və Əsəd tərəfdarı olan 250 döyüşçünün həlak olmasına səbəb olub və ümumilikdə ölənlərin sayı 1311-ə çatıb.

“Biz təsdiq edirik ki, dinc əhalinin qanının tökülməsində iştirak edən və ya xalqımıza zərər vuran, dövlətin səlahiyyətlərini aşan və ya öz məqsədlərinə çatmaq üçün səlahiyyətdən istifadə edən hər kəsi qətiyyətlə və mərhəmət etmədən məsuliyyətə cəlb edəcəyik”, - deyə Şara dövlət xəbər agentliyinin yaydığı videoda əlavə edib.

 

Mənbə: BBC News
Asiman Vəliyeva