“Müasir mediada rəqəmsal vizual savadlılığın rolu” -elmi seminar

Tarix: 20:30 05.05.2025
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində növbəti elmi seminar keçirilib.
“İnformator.az” xəbər verir ki, Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Almaz Nəsibova “Müasir mediada rəqəmsal vizual savadlılığın rolu” adlı məruzə ilə çıxış edib.
XI əsrdə İnformasiya Texnologiyalarının (İT) sürətlə inkişaf etdiyi bir dövrdə jurnalistika artıq yalnız mətn əsaslı xəbərçiliklə məhdudlaşmır, auditoriyanı cəlb etmək və hekayələri çatdırmaq üçün vizual məzmuna daha çox üstünlük verir. Çünki auditoriya daha rahat, əlçatan, tez başadüşülən informasiyaları qəbul edir. Odur ki, rəqəmsal vizual savadlılıq (RVS) dövrün və jurnalistikanın ən mühüm tələblərindən sayılır.
Jurnalistlər və media üçün rəqəmsal vizual savadlılıq (RVS) şəkillər, videolar, infoqrafikalar və interaktiv media kimi vizual elementləri yaratmaq, təhlil etmək və tənqid etmək bacarığını ifadə edir. Bu bacarıq yalnız yüksək keyfiyyətli məzmun hazırlamaq üçün deyil, həm də rəqəmsal manipulyasiya və dezinformasiya dövründə jurnalist etikası və dürüstlüyünü qorumaq üçün vacibdir.
Sonda Almaz Nəsibova tədbir iştirakçılarının suallarını cavablandırıb.
Vüqar Alışov