Suriyada SDQ-nin ləğvi üçün mühüm addım

Tarix: 14:45 11.03.2025
Suriya Rəyasət Heyəti SDQ-nin dövlət qurumlarına qoşulacağını açıqlayıb.
Suriya Rəyasət Heyəti SDQ-nin dövlət strukturuna inteqrasiya olunacağına dair razılaşmanın maddələrini dərc edib. Müvafiq mətndə “Dini və etnik mənşəyindən asılı olmayaraq suriyalıların siyasi proseslərdə və ləyaqətə əsaslanan dövlət təsisatlarında iştirakı və təmsil olunmasına təminat verildiyi” qeyd edilib və “Kürd icması Suriya dövlətinin mühüm tərkib hissəsidir və Suriya dövləti vətəndaşlıq hüququna və bütün konstitusiya hüquqlarına zəmanət verir” maddəsinə yer verilib.
Mətndəki digər ifadələr aşağıdakılardır:
Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumların, o cümlədən sərhəd qapıları, hava limanı, neft və qaz yataqları da daxil olmaqla Suriya dövlət idarəsinə inteqrasiyası
Suriya dövlətinin Əsəd rejiminin qalıqlarına və ölkənin təhlükəsizliyini və birliyini təhdid edən bütün ünsürlərə qarşı mübarizəsini dəstəkləyərək, bölgü çağırışlarını, nifrət nitqini və Suriya cəmiyyətinin bütün komponentləri arasında nifaq yaymaq cəhdlərini rədd edərək rəhbər komitələr bu ilin sonundan gec olmayaraq sazişin həyata keçirilməsi üçün işləməlidir.
Tərcümə etdi:Ayşən Səlimova
Mənbə:TRT haber