Manchester United 100,000 nəfərlik yeni stadion inşa edəcək

Tarix: 23:40 11.03.2025
Manchester United son illərdə ən çətin mövsümlərindən birini keçirsə də, klub gələcək üçün ümidverici planlar qurur.
Çərşənbə axşamı, 13 qat Premyer Liqa çempionu 100,000 nəfərlik yeni stadion inşa edəcəyini elan edib. Klubun azlıq sahibi, milyarder Jim Ratcliffe bu stadionu “dünyanın ən möhtəşəm futbol stadionu” adlandırıb.
Klubun hazırkı stadionu Old Trafford bir zamanlar dünya futbolunun ən yaxşı arenalarından biri hesab olunurdu, lakin uzun illər inkişaf etdirilmədiyi üçün indi ciddi yeniləməyə ehtiyac duyur.
Ratcliffe daha əvvəl bu stadionun təkcə Manchester United üçün deyil, həm də Çempionlar Liqası finalları və milli komandanın oyunları kimi böyük tədbirlərə ev sahibliyi edəcək “Şimalın milli stadionu” olacağını bildirib.
“Hazırkı stadionumuz 115 il ərzində bizə möhtəşəm xidmət göstərib, lakin artıq dünyanın ən yaxşı idman arenalarından geri qalır,” – deyə Ratcliffe klubun yeni stadionla bağlı açıqlamasında bildirib.
“Yeni stadionu mövcud ərazinin yanında inşa etməklə Old Traffordun ruhunu qoruyub saxlamaqla yanaşı, azarkeşlər üçün dünya səviyyəli bir arena yaradacağıq".
Dünyaca məşhur memar Norman Foster, layihənin rəhbəri kimi, yeni stadionu “dünyanın ən həyəcanverici layihələrindən biri” adlandırıb.