Trampdan Maska dəstək: Yeni Tesla alacağam

Bölmə: Dünya › ,
Tarix: 21:15 11.03.2025

ABŞ Prezidenti Donald Tramp İlon Maska dəstəyini göstərmək üçün yeni Tesla markalı avtomobil alacağını açıqlayıb.

 

ABŞ Prezidenti Donald Tramp müşaviri və Tesla şirkətinin rəhbəri İlon Maskın “Tesla” dilerləri qarşısında etirazı ilə bağlı Truth Social hesabından açıqlama verib. Tramp deyib: "Elon Mask ölkəmizə kömək etmək üçün hər şeyi hazırlayır və fantastik bir iş görür. Amma tez-tez etdikləri kimi, radikal solçu dəlilər Elonun "körpəsini" və dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Teslanı qeyri-qanuni şəkildə boykot etməyə çalışırlar, beləliklə, Elona və onun təmsil etdiyi hər şeyə hücum edib zədələyirlər. Onlar seçki qutusunda eyni şeyi etməyə çalışıblar, amma prezident seçkilərində mənə nə olub? Elon Maska güvənimin və dəstəyimin təzahürü olaraq, sabah səhər yeni Tesla alacağam. Musk ,həqiqətən də , böyük amerikalıdır. Amerikanı yenidən möhtəşəm etmək üçün nəhəng bacarıqlarından istifadə etdiyinə görə niyə cəzalandırılmalıdır?".

 

 

 

Mənbə: CNN Türk
Kəmalə Vəliyeva