Polşanın Baş naziri Tusk Türkiyəyə gəlir

Tarix: 22:02 11.03.2025
Polşa Respublikasının Baş naziri Donald Tusk, Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə işgüzar səfər edəcək.
Kommunikasiya direktoru Fahrettin Altunun sosial mediada verdiyi açıqlamaya görə, Prezident Kompleksində keçiriləcək danışıqlarda ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə Polşanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Türkiyə-Aİ əlaqələri qiymətləndiriləcək, həmçinin Ukrayna və transatlantik əlaqələr də daxil olmaqla aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Altun açıqlamasında, "Bu yaxınlarda 600 illik yubileyini qeyd edən Türkiyə-Polşa əlaqələrinin cənab Tuskun səfəri sayəsində daha da güclənəcəyinə və daha da inkişaf edəcəyinə inanırıq",-dedi.
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva