Çindən “Starlink” -ə rəqib: Çienfan!

Bölmə: Dünya › ,
Tarix: 21:44 12.03.2025

Çin Aerokosmik Elm və Texnologiya Şirkətindən (CASC) verilən açıqlamaya görə, 18 peykdən ibarət qrup "Long March-8 Y6" raketi ilə Haynan adasındakı ticarət kosmik gəmi mərkəzindən buraxılıb. 

 

Peyklərin planlaşdırılan orbital mövqeyə yerləşdirildiyi buraxılış “Long March” raketləri ilə həyata keçirilən 563-cü uğurlu nəqliyyat missiyası idi. Shanghai Spacecom Satellite Technology Company (SSST) tərəfindən hazırlanan “Chienfan” peykləri Aşağı Yer Orbitində qurulan bürclər şəbəkəsinin bir hissəsini təşkil edəcək.

Layihənin "G60 Starlink" olaraq da bilinən ilk mərhələsində 1296 peykin orbitə yerləşdirilməsi planlaşdırıldığı halda, bütün mərhələlər tamamlandıqdan sonra 14 min genişzolaqlı internet peykindən ibarət meqa bürc şəbəkəsinin yaradılması hədəflənir.“Chienfan” peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək 18 peykdən ibarət qruplardan birincisi 6 avqust 2024-cü ildə, ikincisi 15 oktyabr 2024-cü ildə, üçüncüsü 5 dekabr 2024-cü ildə, dördüncüsü isə 23 yanvar 2025-ci ildə buraxılıb. Kosmos dağıntılarına səbəb ola bilər “Starlink” və “Chienfan” kimi bürc şəbəkələri Aşağı Yer Orbitində yaradacaqları mümkün sıxlıq və peyklərin ömrünü başa vurduqdan sonra səbəb olacaqları kosmos zibilləri səbəbiylə mübahisələrə səbəb olur.

 

 

 

Mənbə: a haber
Asiman Vəliyeva