Həyat keyfiyyətinə təsir edir

Tarix: 22:28 12.03.2025
Göz sağlamlığı həyat keyfiyyətinə birbaşa təsir edən ən mühüm amillərdən biridir.
Op. Dr. Ahmet Taşar, "Katarakta, göz linzasının zamanla şəffaflığını itirməsi ilə ortaya çıxan bir xəstəlikdir. Ümumiyyətlə yaşlanma prosesinin təbii bir nəticəsi olaraq müşahidə olunsa də, ətraf mühit faktorları və həyat tərzi seçimləri kataraktanın erkən inkişafına səbəb ola bilər",-dedi.
Sağlam qidalanma həm göz sağlamlığında, həm də ümumi bədən sağlamlığında mühüm rol oynayır:
"Tərkibində xüsusilə A, C və E vitaminləri olan qidalar göz sağlamlığını dəstəkləyir və katarakta riskini azalda bilər. Bol tərəvəz, meyvə və omeqa-3 yağ turşuları olan qidalardan istifadə etmək göz sağlamlığı üçün faydalıdır",-dedi.
Dr. Taşar, "Siqaret gözdə oksidləşdirici stress yaradaraq katarakta əmələ gəlməsini sürətləndirir. Sağlam bir həyat üçün siqaretdən və həddindən artıq spirt istehlakından uzaq durmaq lazımdır",-dedi.
Mənbə: Pembe nar
Nigar Səmədli