Reflüks xəstələrinin nəzərinə!

Tarix: 16:51 17.03.2025
Prof. Dr. Orhan Kocaman, reflüks xəstələrinin Ramazan ayında necə yemək yeməli olduqları ilə bağlı xəbərdarlıq edib.
Prof. Dr. Kocaman, "Orucluqda mədə uzun müddət boş qaldığı üçün iftar və sahurda edilən yanlış seçimlər reflüks şikayətlərini ağırlaşdıra bilər”,-dedi.
İftarda nələrə diqqət etməli olduğumuzu izah edən Prof. Dr. Demirel, "Ramazan ayında iftarda yanlış yemək vərdişləri mədəyə ciddi yük yarada, reflüks əmələ gətirə və həzm problemlərinə səbəb ola bilər. Ona görə də iftarda çox yemək əvəzinə balanslı və tədricən qidalanmaya üstünlük verilməlidir. İftardan sonra bol su içmək həzmi asanlaşdırır. Bu pəhriz sayəsində həzm sistemi qorunur, reflüks və mədə problemlərinin qarşısı alınır",-dedi.
Mənbə: CNN Türk
Nərmin Həşimova