"Google"un AI köməkçisi Gemini şəxsi tətbiqlərə girişi təmin edəcək

Tarix: 21:15 17.03.2025
Google, süni intellektlə işləyən chatbot Gemini üçün yeni yeniləmə elan etdi. “Fərdiləşdirilmiş Gemini” adlanan bu eksperimental xüsusiyyət istifadəçinin axtarış tarixçəsinə daxil olaraq daha konkret və dəqiq təkliflər təqdim etmək məqsədi daşıyır.
Məhsul direktoru Dave Citron yeni yeniləmə ilə bağlı verdiyi açıqlamada, "Gemini yalnız ümumi suallara cavab verən bir vasitə deyil, sizi anlayan şəxsi köməkçiyə çevrilir",- dedi.
Google, istifadəçi məxfiliyinin prioritet olaraq qalacağını söylədi və "Gemini"nin axtarış tarixçəsinə və ya digər tətbiqlərə daxil olmadan əvvəl istifadəçidən icazə istəyəcəyini vurğuladı. İstifadəçilər istədikləri zaman bu əlaqəni kəsə biləcəklər.
"Gemini"nin fərdiləşdirilən süni intellekt modeli daha dəqiq və uyğunlaşdırılan cavablar vermək üçün istifadəçinin keçmiş sorğularını təhlil edəcək.
Google, "Gemini"nin yaxın aylarda Şəkillər, Təqvim, Qeydlər və YouTube kimi tətbiqlərə də inteqrasiya olunacağını açıqladı.
"Gemini"nin fərdiləşdirmə xüsusiyyəti əvvəlcə internetdə mövcud olacaq və Gemini və Gemini Advanced abunəçiləri üçün əlçatan olacaq. 45-dən çox dildə dəstəklənən bu funksiya gələcəkdə mobil cihazlara da inteqrasiya olunacaq.
Google, istifadəçilərin Gemini proqramı vasitəsilə fərdiləşdirmə funksiyasını aktivləşdirə biləcəyini açıqladı.
"Google"un bu addımı süni intellekt sahəsində artan rəqabət fonunda baş verib.
Texnologiya analitikləri, "Gemini"nin fərdiləşdirməyə yönəlmiş yeni versiyasının istifadəçi təcrübəsini daha yüksək səviyyəyə qaldıra biləcəyini qiymətləndirirlər.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli