Hondurasda təyyarə qəzasında azı 12 nəfər ölüb

Tarix: 20:11 18.03.2025
Rəsmilər bazar ertəsi axşam Hondurasda Karib dənizi sahillərində təyyarənin qəzaya uğraması nəticəsində ən azı 12 nəfərin öldüyünü bildirib.
Honduras hava yolu şirkəti Lanhsa tərəfindən idarə olunan təyyarə Roatan adasından havaya qalxdıqdan bir dəqiqə sonra dənizə düşüb.
Honduras milli polisi və yanğınsöndürmə idarəsi ayrı-ayrılıqda beş nəfərin xilas edildiyini, bir nəfərin isə hələ də tapılmadığını bildirib.
Qəzanın səbəbi hələ məlum deyil, lakin Roatanın meri yerli mediaya bunun normal olan hava ilə bağlı olmadığını söyləyib. Honduras Mülki Aeronavtika Agentliyi faktla bağlı araşdırma aparıldığını bildirib.
Jetstream 32 təyyarəsi yerli vaxtla saat 18:18-də (çərşənbə axşamı GMT 00:18) adanın Xuan Manuel Qalvez Beynəlxalq Hava Limanından havaya qalxıb və Honduras materikindəki La Seiba şəhərindəki Qoloson Beynəlxalq Hava Limanına uçub. Mülki aviasiya rəsmisi Karlos Padilla AFP xəbər agentliyinə istinadən bildirib ki, təyyarə "enmə zolağından sağa kəskin dönüş edib və suya düşüb".
Sosial mediada yayılan bəyanatda hökumət həlak olanların ailələri ilə “həmrəylik” ifadə edib.
"Honduras hökuməti Roatandakı faciəvi qəzaya görə dərin təəssüf hissi keçirir və milli matəm mərasiminə qoşulur"- deyə əlavə edib.
Qəzadan sonra Honduras prezidenti Xiomara Kastro ölkənin hərbi, polis, yanğınsöndürmə idarəsi, Qırmızı Xaç və Səhiyyə Nazirliyi də daxil olmaqla bütün fövqəladə hallar xidmətlərindən ibarət fövqəladə hallar komitəsini "dərhal işə salıb".
BBC
Nəzrin Məmmədova