Everestə çıxmaq üçün dron dəstəyi

Tarix: 17:45 19.03.2025
Everest zirvəsinə qalxan alpinistlər üçün ağır yüklər daşıyan bələdçilər artıq dronlardan istifadə edərək bunu asanlıqla edə biləcəklər.
Gələn ay Everest dağına dırmaşma mövsümünün başlaması ilə ekspedisiya şirkətləri yüksək hündürlüklərdə təxminən 16 kiloqrama qədər faydalı yük daşıya bilən dronları sınaqdan keçirəcək.
Everestin əsas düşərgəsindən 1-ci düşərgəyə piyada daşınması normalda 7 saat çəkəcək, əşyalar hava ilə 15 dəqiqəyə daşına bilər.
Dron operatorları proqnozlaşdırırlar ki, yerli bələdçilərin yükünü yüngülləşdirməklə, iqlim dəyişikliyi qar əriməsini sürətləndirdikcə artan ölümlə nəticələnən qəzaların şansını azaltmaq olar.
Təxminən bir ildir ki, operatorlar Çin istehsalçısının hədiyyə etdiyi iki pilotsuz təyyarə ilə təcrübə aparırlar.
Pilotsuz uçan aparatların ilkin qiyməti yüksək olsa da, zamanla qurumların xərclərini azaldacağı bildirilir.
Mənbə: Trt haber
Aytən Ağazadə