Mövsümi dəyişikliklər oynaq ağrılarına səbəb olur

Bölmə: Maraqlı › ,
Tarix: 21:47 19.03.2025

Xüsusilə qışdan yaza qədər; Yazdan yaya keçid dövründə havanın temperaturu və rütubətinin qəfil dəyişməsi revmatizm xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər



Sinan Bağçacı deyib:
“Oynaq mayesinin sıxlığı temperatur dəyişikliyinə bağlı olaraq dəyişir və bu, oynaqların hərəkətliliyini çətinləşdirə bilər. Bu səbəbdən oynaq və əzələ revmatizmi kimi xəstəlikləri olan insanlar hava dəyişikliyinə daha həssas ola bilərlər. Xüsusilə osteoartrit, romatoid artrit kimi xəstəliklərdə mövsümi dəyişikliklərlə birlikdə ağrılarda artım müşahidə oluna bilər. Rütubətin dəyişməsi oynaq və əzələ ağrılarını gücləndirə bilər".

 

"Hərəkətsiz qalmaq oynaqların sərtliyini artıra və əzələlərin zəifləməsinə səbəb ola bilər. Ağrılar hərəkətliliyin azalması, əzələlərdə atrofiya və vətərlərin qısalması nəticəsində də yarana bilər", - deyən Dr.Sinan Bağçacı, "Soyuq havalarda yaya nisbətən daha az gəzinti və ya idman edilir. Bu səbəbdən hərəkətsiz oynaqlar sərtləşə, ağrılar arta bilər. Bu mənada idman etmək ağrıları aradan qaldıra bilər”,-dedi.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova