Van pişiyinə necə qulluq etmək olar?

Tarix: 22:10 19.03.2025
Van pişiyi Türkiyədə saxlanılan ən məşhur ev heyvanları arasındadır. Bu pişiklər həm xarakterləri, həm də gözəl görünüşləri ilə ən əziz pişik cinsləri arasındadırlar. Vanın ən əhəmiyyətli xüsusiyyəti gözləridir. Bu pişiklərin bir gözü mavi, digər gözü isə kəhrəbadır. Eyni zamanda, digər pişiklərdən fərqli olaraq, əslində çox yaxşı üzgüçüdürlər.
Göz rəngləri ilə diqqətçəkən bu pişiklər soyuq qışda, isti və quraq yay iqlimlərində yaşamaq üçün tüklərini dəyişirlər. Van pişiyinin bədənindəki kürkün rəngi ağdır, lakin başı və quyruğu fərqli rəngdə ola bilər.
Mənbə: CNN Türk
Zəhra Möhübbətova