Tramp Təhsil Departamentinin bağlanması ilə bağlı sərəncam imzalayıb

Bölmə: Dünya › ,
Tarix: 13:35 21.03.2025

ABŞ prezidenti Donald Tramp Təhsil Departamentinin bağlanması ilə bağlı fərman imzalayıb və bu departamentin tamamilə ləğv ediləcəyini, təhsilin idarə edilməsinin ştatlara veriləcəyini bildirib.

 

Prezident Tramp Ağ Evdə keçirilən imza mərasimində ABŞ ictimaiyyəti üçün tarixi bir addım atdığını vurğulayıb.

 

Tramp, 1980-ci ildə yaradılan Təhsil Departamentinin imzaladığı sərəncamla tamamilə ləğv ediləcəyini bəyan edib.

 

"Bu gün mən federal Təhsil Departamentinin tamamilə ləğvi haqqında fərman imzalayıram. Bu, 45 ildir davam edən tarixi addımdır", — deyə Tramp qeyd edib. O, həm respublikaçıların, həm də bir çox demokratların bu addımı dəstəklədiyini bildirib.

Federal Təhsil Departamentinə ehtiyac olmadığını müdafiə edən Tramp, "Biz indi təhsil idarəsini aid olduğu yerə — ştatlara qaytaracağıq", — deyə əlavə edib.

 

ABŞ-nin təhsil sahəsində olması lazım olan yerdə olmadığını və bu sahədə görüləcək çox işin olduğunu vurğulayan Tramp, artıq ştat hökumətlərinin təhsil sahəsində əsas elementə çevriləcəyini qeyd edib.

 

"Birləşmiş Ştatlar təhsilə indiyə qədər hər hansı digər ölkədən daha çox pul xərcləyir, lakin biz nailiyyət baxımından hələ də siyahının sonunda yer alırıq", — deyə Tramp əlavə edib.

 

"Biz Təhsil Departamentini bağlamaq üçün bütün qanuni addımları atacağıq, lakin ehtiyacı olan və ya əlilliyi olan uşaqlarımız üçün bəzi proqramları qoruyub saxlayacağıq", — deyə Tramp bildirib.

Ağ Ev sözçüsü Karoline Leavitt də məsələ ilə bağlı açıqlamasında Təhsil Departamentinin addım-addım bağlanacağını və Konqresin bununla bağlı lazımi hüquqi addımları atmasının vacib olduğunu bildirib.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə