Sosial media paylaşımları səbəbindən neçə nəfər saxlanılıb?

Bölmə: Dünya › ,
Tarix: 13:54 21.03.2025

İstanbul Saraçhanədə 20 martda nümayişçilərlə polis arasında toqquşma baş verib. İstanbul Böyükşəhər Bələdiyyə (İBB) Başçısı Əkrəm İmamoğlunun saxlanılmasından sonra keçirilən aksiyada 53 nəfərə "dövlət əmlakına zərər vermə" və "vəzifəli şəxslərə müqavimət" ittihamları irəli sürülüb.

 

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, hadisələr zamanı 16 polisin yaralandığını açıqlayıb. 20 martda İstanbul və Ankara başda olmaqla, bir çox şəhərdə etirazlar keçirilib. Yerlikaya, CHP-nin lideri Özgür Özelin Saraçhanədəki çıxışına istinad edərək, "Xalqı küçələrə və meydanlara çağırmaq məsuliyyətsizlikdir" deyib.


Eyni zamanda, sosial media paylaşımlarına görə də bir neçə nəfər saxlanılıb. Yerlikaya, sosial şəbəkələrdə "xalqı kin və düşmənçiliyə təhrik" və "cinayət törətməyə təşviq" maddələri üzrə 72-si xaricdə olmaqla ümumilikdə 326 şübhəlinin müəyyən edildiyini, onlardan 54-nün saxlanıldığını bildirib. Bu arada, İfadə Azadlığı Dərnəyinin (İFAD) internet senzurası ilə bağlı məlumatları təqdim etdiyi EngelliWeb saytı, İstanbulda tətbiq edilən və sosial şəbəkələrə girişə təsir edən bant məhdudiyyətinin 21 mart saat 01:00-da başa çatdığını qeyd edib.

 

Fatimə Heydərova
Mənbə: BBC news